Moody’s: Neft gəlirlərinin azalması Azərbaycan iqtisadiyyatında mühüm şoklar yaradıb və ölkənin maliyyə vəziyyətini ağırlaşdırıb

Beynəlxalq kredit reytinqi agentliyi Moody’s, Azərbaycanın kredit reytinqini “Ba1” olaraq təsdiq edib, proqnozunu da “neqativ” kimi müəyyənləşdirib.
 
“Marja” xəbər verir ki, Moody’s-dan edilən yazılı açıqlamada, Azərbaycanın kredit reytinqinin 5 Fevral 2016-cı il tarixində “Baa3″dən “Ba1″ə edirildiyi xatırladılaraq, eyni tarixdə başlayan kredit reytinqi qiymətləndirmə prosesinin artıq başa çatdığı qeyd olunub.
 
Açıqlamada, qiymətləndirmə prosesində, aşağı neft qiymətlərinin neft gəlirlərinə bağlı Azərbaycan iqtisadiyyatında mühüm şoklar yaratdığına diqqət çəkilib, bank sektorunda böhrana və iqtisadiyyatda pozulmaya yol açaraq ölkənin maliyyə vəziyyətini ağırlaşdırdığı ifadə edilib.
 
Buna baxmayaraq, Azərbaycanın Dövlət Neft Fondunda (SOFAZ) yüksək valyuta ehtiyatlarına işarə edilən açıqlamada, bunun ölkənin aşağı neft qiymətlərinə adaptasiya olana qədər iqtisadiyyat və dövlət balansı üçün “bufer” rolu oynayacağı vurğulanıb.
 
“ARDNF-in xarici valyutadakı aktivləri 2015-ci ildə 9,5% azalaraq 33,6 milyard (2014-cü ildə 37,1 mlrd. dollar) dollar təşkil etməsinə baxmayaraq, yenə də kifayət qədərdir. Bu rəqəm təkcə ÜDM-ə və hökumətin ümumi borclarına nisbətdə deyil, eyni zamanda digər neft ixrac edən ölkələrin suveren ehtiyat fondları ilə müqayisədə yüksəkdir. ARDNF-in xarici valyutadakı ehtiyatları 2016-cı il üçün ÜDM proqnozunun demək olar ki, 100%-ni təşkil edir”.
 
Digər tərəfdən, bəyanatda Azərbaycanın kredit reytinqinin proqnozunun “mənfi” olaraq müəyyənləşdirilməsində zəifləyən iqtisadiyyatının və dərinləşən durğunluğun ölkənin kredit profilinə təhdid yaratdığı məlumatına yer verilib.
 
Bəyanatda həmçinin, “neqativ” mənzərənin, neft xaric ümumi daxili məhsula töhfə verən sahələrdəki aşağı iqtisadi fəallığın və bankçılıq sahəsində artan problemlərin nəticəsi olaraq müəyyən olunduğu qeyd edilib.

Google+ WhatsApp ok.ru