Moskva-İrkutsk təyyarəsində bomba həyəcanı, sonra...

Moskva-İrkutsk təyyarəsində bomba həyəcanı, sonra...

Moskvadan İrkutska uçan "Aeroflot"a məxsus təyyarədə bomba olması barədə naməlum şəxs tərəfindən anonim zəng daxil olub.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Rusiyanın hüquq-mühafizə orqanları xəbər yayıb.
 
Məlumata görə, anonim zəng, təyyarə artıq İrkutska yaxınlaşan zaman daxil olub. Təyyarə elə həmin şəhərdə eniş etdikdən sonra sərnişinlər dərhal təxliyə edilib. Avialaynerdə 119 sərnişin və 6 ekipaj üzvünün olduğu bildirilir.
 
 Təyyarədə partlayıcı qurğu tapılmayıb.
 
Hazırda anonim zəng edən şəxsin kimliyi müəyyənləşdirilir.
 

Google+ WhatsApp ok.ru