Moskva ruhaniləri Şeyx Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı bəyanat yayıb

Moskva ruhaniləri Şeyx Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı bəyanat yayıb

Bəyanatda Sərdar Həsənlinin həbs edilməsini dövlət və xalq arasında mövcud olan münasibətləri pozmaqda məqsəd güdən şəxslərin çirkin əməli olduğu göstərilir
 
Moskva ruhaniləri Şeyx Sərdar Hacıhəsənlinin həbs olunması ilə əlaqədar bəyanat yayıb. 
 
Maide.Az-ın verdiyi məlumata görə İnterAz xəbər verir ki, bəyanatda Sərdar Hacıhəsənlinin həbs edilməsini dövlət və xalq arasında mövcud olan münasibətləri pozmaqda məqsəd güdən şəxslərin çirkin əməli olduğu göstərilir. 
 
“Azərbaycan Respublikasında dövlət və xalq arasında münasibətlərin pozulmasımda maraqlı olan qüvvəllər öz növbəti çirkin əmməllərini bu dəfə Azərbaycan xalqının ləyaqətli və məşhur ruhanilərindən olan Şeyx Sərdar Hacıhəsənlini şərləyərək barmaqlıqlar arxasına göndərməklə təzahür etdi”, - bəyanatda bildirilir. 
 
Sərdar Hacıhəsənlinin gənclər sahəsində gördüyü işlərə diqqət çəkən ruhanilər, onun ömrünü Azərbaycan gəncliyinin mənəvi və düz yola yönəltməyə həsr edən bir ruhani kimi tanındığını vurğulayıb. 
 
Moskva ruhaniləri vurğulayır ki, bu işlə “Azərbaycanı beynəlxalq insan hüquqlarını qoruyan təşkilatların qarışısında çıxılmaz vəziyyətdə qoyan kəslər bunu bilməlidilər ki onların adı Azərbaycanın tarixində mənfi şəkildə qalacaq”.
 
Ruhanilər heyəti bu qəbil işləri, xüsusi ilə Şeyx Sərdar Hacıhəsənlinin həbs olunmasını qətiyyətlə pislədiyini bildirib. Moskva ruhaniləri aidiyyatı qurumlara müraciət edərək, bu özbaşnazlığın qarşısının alınmasını və Azərbaycan xalqının sevimli ruhanisi olan Şeyx Sərdar Həsənlinin qeyd-şərtsiz azad olunmasını istəyib. /

Google+ WhatsApp ok.ru