Moskva aeroportlarında bomba həyəcanı 14 Yanvar 2019 13:09 Hadisə Rusiyanın paytaxtı Moskvada Vnukovo hava limanında polis yoxlama aparır. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, buna aeroport ərazisində bomba qoyulması barədə anonim zəng səbəb olub. Qeyd olunur ki, hazırda hava limanının bütün ərazisində xüsusi itlərin vasitəsilə axtarış davam etdirilir. Bununla belə, aeroport rəhbərliyi təxliyənin planlaşdırılmadığını, hava limanının adi rejimdə işini davam etdirdiyini bildirib. Eyni zamanda, Domodedovo və Şeremetyevo hava limanlarına analoji anonim zənglərin daxil olduğu deyilir. Hər üç aeroportda axtarışlar davam etdirilir. Teqlər : #Moskva,#aeroportlarında,#bomba,#həyəcanı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranda yük təyyarəsi qəzaya uğrayıb -YENİLƏNİB - FOTO Səngəçalda ağır qəzada 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb