Moskva Aşura Konfransı keçirildi - FOTO

Rusiyanın paytaxtı Moskva şəhərində Dəyərlər Oxucular Klubu, Gənc Əhlibeytsevərlər Forumu və Moskva Əhli-beyt (ə) İslam Cəmiyyətinin birgə təşkilatçılığı, Deyerler.org-un informasiya dəstəyi ilə Moskva Aşura Konfransı keçirilib.

 

Konfransı ilahiyyatçı Kərbəlayi Mahir açıb və qonaqları salamlayıb. İlahiyyatçı Hacı Namiqin mübarək Qurani Kərimdən ayələri tilavət etməsi ilə tədbir başlayıb.

 

İlk söz açılış üçün ilahiyyatçı Hacı Seyyid Rəşidə verilib. Seyyid Rəşid da öz növbəsində qonaqları salamlayaraq keçirilən tədbirin fövqəl əhəmiyyət daşımasına vurğu edib.

 

Daha sonra DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzi) sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu çıxış edib. Hacı İlqar Aşuranın ictimai rəyə çatdırılmasında artıq üçüncü ölkədə keçirilən Aşura konfransının rolundan danışıb. Hacı İlqar belə bir ideyanın necə meydana gəlməsi və həyata keçirilməsindən danışıb.

 

Növbəti çıxış üçün söz Moskva Əhli-beyt (ə) İslam Cəmiyyətinin sədri Hacı Nizami Balaoğlanov verilib. Hacı Nizami Moskva Əhli-beyt (ə) İslam Cəmiyyətinin fəaliyyəti, xüsusilə Məhərrəm-Səfər əyyamının Rusiya Federasiyası ərazisində yaşadılmasında Cəmiyyətin gördüyü işlərdən danışıb.

 

Daha sonra çıxış edən Dəyərlər Oxucular Klubunun moderatoru Rüfət Əliyev konfrans iştirakçılarına təqdim ediləcək prezentasiya təqdimatlar barədə məlumat verib.

 

Çıxış edən Dəyərlər Oxucular Klubunun moderatoru Nuran Mikayıloğlu Dünyada Aşura mövzusunda geniş prezentasiya ilə çıxış edib.

 

Növbəti çıxışçı Gənc Əhlibeytsevərlər Forumunun moderatoru Asif Əzizov İslamofobiya mövzusunda prezentasiya təqdimatı tədbir iştirakçılarına təqdim edib.

 

Tədbirin yekununu ilahiyyatçı Hacı Asif vuraraq,tədbiri yüksək dəyərləndirdi və belə təşəbbüslərin davamlı həyata keçirilməsinin zəruriliyini vurğulayıb və dualar edib.

 

Tədbir Fərəc duasının oxunması ilə yekunlaşıb.

 

Moskva Aşura Konfransı keçirildi

 

 

Moskva Aşura Konfransı keçirildi

 

Moskva Aşura Konfransı keçirildi

 

Moskva Aşura Konfransı keçirildi

 

Moskva Aşura Konfransı keçirildi

 

Moskva Aşura Konfransı keçirildi

 

 

 

 

Moskva Aşura Konfransı keçirildi

 

 

Moskva Aşura Konfransı keçirildi

 

Moskva Aşura Konfransı keçirildi

 

Moskva Aşura Konfransı keçirildi

 

 

Moskva Aşura Konfransı keçirildi

 

Moskva Aşura Konfransı keçirildi

 

Moskva Aşura Konfransı keçirildi

 

Moskva Aşura Konfransı keçirildi

 

Moskva Aşura Konfransı keçirildi

 

 

 

Google+ WhatsApp ok.ru