Moskva Cümə məscidinin açılış tarixi açıqlandı

10 ildən çoxdur yenidənqurma işləri aparılan Moskvadakı Cümə məscidinin açılış günü artıq elan edilib. İlkin məlumatlara görə, məscidin yenidənqurma işlərinə təxminən 170 milyon dollar xərclənib və nəticədə məscidin sahəsi 20 dəfə böyüdülüb. Hazırda məscidin sahəsi 20 min kv. metrdir.
 
Maide.az RİA Novostiyə istinadən xəbər verir ki, Moskva Müftilər Şurası sədrinin müavini Ruşan Abbyasov, yenidənqurma işlərinə 2005-ci ilin mayından başlanılan Məscidin qapılarının Qurban Bayramı ərəfəsində ziyarətçilərin üzünə açılacağını deyib.

Google+ WhatsApp ok.ru