Moskvada 25 dərəcə şaxta qeydə alınıb

Moskvada 25 dərəcə şaxta qeydə alınıb

-- fevralın 22, 23 və 24-də builki qışın ən soyuq gecələrinin olacağı...

Ötən gecə Rusiya paytaxtı Moskvada 25 dərəcə şaxta qeydə alınıb.
 
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, Arktik antisiklonun irəliləməsi gecə temperaturu -25 dərəcəyə qədər endirib.
 
Rusiya paytaxtında gündüz havanın temperaturunun -4 -16 dərəcə olacağı gözlənilir.
 
Sinoptiklər fevralın 22, 23 və 24-də builki qışın ən soyuq gecələrinin olacağını proqnozlaşdırırlar.
 
Hidrometeoloji Mərkəzdən bildirilib ki, belə davamlı soyuq insanlar üçün təhlükəlidir. Mütəxəssislər vurğulayıblar ki, belə hava şəraiti  Moskva üçün anomal haldır. 

Google+ WhatsApp ok.ru