Moskvada Lavrov-Məmmədyarov-Nalbandyan danışıqları başlayıb

Moskvada Lavrov-Məmmədyarov-Nalbandyan danışıqları başlayıb

Moskvada Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.
 
Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında üçtərəfli görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.
 
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunacağı danışıqlar qapalı, mətbuatın iştirakı olmadan keçirilir.
 
Qeyd edək ki, danışıqların müəyyən mərhələsinə ATƏT-in Minsk qrupunun həmsədrləri də qatılacaq. (apa) /

Google+ WhatsApp ok.ru