Moskvada “miqrant ovu”: saxlanılanlar arasında yüzlərlə azərbaycanlılar da var

Moskvada “miqrant ovu”: saxlanılanlar arasında yüzlərlə azərbaycanlılar da var

-- reydlər futbol üzrə dünya çempionatı ilə bağlıdır

Moskvada polis və OMON iri bazar və ticarət obyektlərində miqrantlara qarşı əməliyyata başlayıb.
 
Maide.Az "musavat.com"a istinadən xəbər verir ki, Moskvadakı soydaşlarımızin musavat.com-a verdiyi məlumata görə, bu gün səhərdən Moskvanın demək olar ki, bütün bazarlarında reydlər keçirilir. Yüzlərlə saxlanılan var. Onların içərisində xeyli azərbaycanlı miqrantın da olduğu deyilir.
 
Mənbəmizin dediyinə görə, reydlər bir neçə gün sonra Rusiyada başlanacaq futbol üzrə dünya çempionatı ilə bağlıdır.
 
“Bu reydlər təkcə Moskvada yox, çempionatın baş tutacağı digər şəhərlərdə də aparılacaq” deyə mənbəmiz bildirib.
 
 

Google+ WhatsApp ok.ru