Moskvada Ərbəin günü qeyd olunub

Moskvada Ərbəin günü münasibəti ilə mərasim keçirilib.
 
İnterAz-ın Moskva müxbirinin verdiyi xəbərə görə, mərasim Qurani-Kərmin oxunması ilə başlayıb. Mərasimdə çıxış edən ilahiyyatçı Ağa Rəşid Talıblı, Asif Bağırov Ərbəin günü ilə bağlı geniş məlumatlar verib.
 
Bildirilib ki, Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixini aşura hadisəsinin baş verdiyi hicri 61-ci (miladi 680-ci) illə bağlayırlar.
 
Sonra mərasim iştirakçıları mərsiyələr oxuyaraq sinə vurublar.
 
Sonda mərasim iştirakçılarına ehsan süfrəsi açılıb. /

 

Google+ WhatsApp ok.ru