Moskvada “Halal Sərgisi” başladı

6-cı Beynəlxalq Moskva Halal Sərgisi (Moscow Halal Expo 2015) öz işinə başlayıb.
 
Maide.az xəbər verir ki, sərgidə 200-dən çox şirkət öz məhsulları ilə təmsil olunur.
 
Sərgiyə başda Rusiya müsəlmanları olmaqla dünyanın bir çox ölkəsindən böyük maraq göstərilir.
 
Rusiya Müftilər Şurasinin sədr müavini Rauşan Abbasov bildirib ki, Rusiyada halal sektora olan maraq hər il artır və nəticədə halal sertifikatı alan şirkətlərin də sayı çoxalır: “Yalnız halal qida sektoruna deyil, turizm və İslam bankçılığına da insanların maraq çoxalıb. Bu il Rusiyada yaşanan iqtisadi böhrana baxmayaraq sərgiyə olan böyük maraq bunun bariz nümunəsidir”.
 
Qeyd edək ki, sərgi 23 maya qədər davam edəcək./
 

Google+ WhatsApp ok.ru