Moskvada ənənəvi iftar çadırı: 30 may Azərbaycan günü - FOTO

Moskvada ənənəvi iftar çadırı: 30 may Azərbaycan günü - FOTO

Mayın 30 -da Moskvada “Poklonnaya qora”dakı məscidin yaxınlığında qurulmuş “Ramazan çadırı”nda Azərbaycan Günü təşkil edilib və iftar verilib.
 
Maide.Az xəbər verir ki, çadırda müxtəlif ölkələrdən olan müsəlmanlar ayrıca bir gündə öz ölkələrinin Ramazan adət-ənənələri sərgiləmək imkanı verilir. 30 may 2017-ci idlə Moskvada qurulmuş Ramazan çadırında  "Azərbaycan günü" qeyd olunub. Burada Azərbaycan mətbəxindən yeməklər sərgilənib və iftar üçün gəlmiş insanlar Azərbaycanın Ramazan şirniyyatından dadıb.  
 
Təqribən 3 milyon müsəlman yaşayan paytaxt Moskvada bu il 12-ci dəfədir ki, Ramazan çadırı qurulur.  
 
Çadırda 29 gün iftar süfrələri açılacaq. Eyni anda 500 nəfərə xidmət göstərə biləcək bu çadır Ramazan ayının ilk günündən fəaliyyət göstəririr. Hesablamalara görə, Ramazan ayının sonunadək çadırda 20 min nəfərə iftar veriləcək. 
 
Çadırın içərisində mədəni və dini proqramların icrası üçün xüsusi yer ayrılıb. Böyük ekranlı televizor quraşdırılıb və iftardan öncə və sonra  müxtəlif dini və mədəni proqramlar icra olunur. 
 
 
 
 

Google+ WhatsApp ok.ru