Moskvada ‘Qlobal dünyada İslam’ mövzusunda beynəlxaq konfrans keçiriləcək

Moskvada ‘Qlobal dünyada İslam’ mövzusunda beynəlxaq konfrans keçiriləcək

Sentyabrın 24-də Moskvada "Qlobal dünyada İslam: müsəlman irsi və mədəniyyətlərarası dialoq" mövzusunda VI Beynəlxalq elmi-praktik konfransı keçiriləcək.
 
Maide.Az Rusiya KİV-lərə istinadən xəbər verir ki, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi, Rusiya Müftilər Şurası, Moskva İslam İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda  dövlət orqanlarının nümayəndələri, din və ictimai xadimlər (Orta Asiya, Balkan ölkələrinin müftiləri, Ərəb və Afrika respublikalarından olan müsəlmanların nümayəndələri), elm və təhsil işçiləri iştirak edəcək.
 
Konfrans çərçivəsində üç əsas mövzu üzrə (görə) plenar və bölmə iclaslar olacaq:
 
1. Şimali Avrasiyanın müsəlman ənənəsi - ideoloji və mədəni sərhəd məkanı
 
2. İslam islahatçı düşüncəsi dövrümüzün çağırışlarına reaksiya olaraq: dini və dünyəvi biliklər arasında
 
3. Post-dünyəvi cəmiyyətlərdə müsəlman irsinin qəbulu: qloballaşma və mədəniyyətlərarası dialoq
 
 

Google+ WhatsApp ok.ru