Moskvada azərbaycanlının rəhbərlik etdiyi cinayətkar dəstənin üzvləri saxlanılıb

Moskvada azərbaycanlının rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb.
APA-nın məlumatına görə, Rusiyanın Narkotik Vasitələrin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin Moskva vilayəti üzrə bölməsindən bildiriblər ki, cinayətkar dəstə narkotik vasitələrin satışı ilə məşğul olub.
 
Məlum olub ki, 37 yaşlı azərbaycanlı marixuana satışına anası, qardaşı və onun həyat yoldaşını, habelə keçmiş həyat yoldaşını cəlb edib.
 
Saxlanılan şəxs marixuananı tanışından alıb və qohumlarının köməyi ilə onu xüsusi dozalarda qablaşdırılıb. Qrupa həmçinin Rusiya və Özbəkistan vətəndaşları daxil olub. Onlar əsasən satış məsələləri ilə məşğul olublar. Bu şəxslər narkotik vasitələri paytaxtın şərq və cənub-şərq ərazisində yerləşən, özlərinin çalışdığı restoranlarda satıblar. Üç mənzildə aparılan axtarış zamanı əməliyyatçılar 3 kq marixuana aşkar ediblər.
 
Saxlanılan şəxslərə qarşı Rusiya Cinayət Məcəlləsinin böyük həcmdə narkotik vasitələrin satışı maddəsi üzrə cinayət işi başlanılıb.

Google+ WhatsApp ok.ru