Moskvada baş verən atışmada xəsarət alanların sayı artıb, ölən var 

Moskvada baş verən atışmada xəsarət alanların sayı artıb, ölən var 

Rusiyanın paytaxtı Moskvada atışma olub.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinə aid bina yaxınlığında baş verən atışma nəticəsində 5 nəfər xəsarət alıb, onlardan biri dünyasını dəyişib.

Səhiyyə Nazirliyi məlumatı təsdiqləyib. Nazirlikdən bildirilib ki, yaralılara tibbi yardım göstərilir.  

Google+ WhatsApp ok.ru