Moskvada bazarda güclü yanğın baş verib

Moskvada “Kaşirski dvor” tikinti materialları bazarında güclü yanğın baş verib
 
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin saytında bildirilir.     
 
Məlumata görə, yanğın barədə məlumat qurumun “qaynar xətti”nə 03.12-də (Bakı vaxtı ilə 04.12-də)  daxil olub. Dörd dəqiqə sonra yanğınsöndürən briqadalar artıq hadisə yerində yanğının söndürülməsi istiqamətində tədbirlər görməyə başlayıb.  
 
Yanğın 800 kv.m. ərazini əhatə edib. İlkin məlumata görə, yanğın tikinti materiallarının saxlanıldığı birmərtəbəli metal konstruksiyalı tikilidə baş verib. 
 
Ölən və ya xəsarət alanlar barədə məlumat verilmir./

Google+ WhatsApp ok.ru