Moskvada beynəlxalq halal sərgisində “ ilin halal məhsulunun” təqdimatı keçiriləcək

Rusiyanın paytaxtı Moskvada halal məhsullar və xidmətlər sərgisi keçiriləcək. 
 
Maide.Az xəbər verir ki, bu il yeddinci dəfə keçirilən "Moskva Halal Ekspo 2016" sərgisində 500-dən çox yerli və xarici şirkət iştirak edir. 
 
Onlar ət məhsulları, geyim, kitab, bank xidmətləri, İslam turizmi kimi fərqli kateqoriyalar üzrə xidmət sahələrini təmsil edirlər. 23 milyona yaxın müsəlmanın yaşadığı Rusiyada halal məhsul sənayesində əldə edilən bütün nailiyyətlər bu sərgidə nümayiş etdirilir. 
 
İyunun 5-də keçiriləcək bağlanış mərasimində  dünyanın müxtəlif ölkələrindən sərgidə iştirak edən  şirkətlər öz istehsal etdiyi halal məhsullarla müsabiqəyə qatılacaq. Müsabiqədə “ ilin halal məhsulu” seçiləcək və təqdim olunacaq. 
 
Statistikaya əsasən hazırda dünya yemək bazarının 17 faizini halal məhsullar təşkil edir.  
 

Google+ WhatsApp ok.ru