Moskvada dəhşətli yanğın: ölənlər var

Moskvada dəhşətli yanğın: ölənlər var

Rusiyanın paytaxtı Moskvada qocalar evində baş verən yanğın nəticəsində 2 nəfər həlak olub, 10-u isə xəsarət alıb.
 
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, yanğın binanın zirzəmisində və birinci mərtəbəsində qeydə alınıb.
 
FHN əməkdaşları binadan 50 insanı çıxarıb və təxminən 1 saat ərzində yanğını lokallaşdıra biliblər.
 
Hadisəyə səbəb kimi elektrik naqillərində yaranan qısaqapanma göstərilib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru