Moskvada `Din və Dünya` mövzusunda beynəlxalq forum keçirilir

Bu gün Rusiyanın paytaxtı Moskvada  II “Din və Dünya” adlı beynəlxalq forum öz işinə başlayır.
Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, forum iştirakçılarının müzakirə edəcəkləri əsas mövzulardan biri etnik və dini nifrətə qarşı dövlət və dinlərin qarşılıqlı əməkdaşlığı,  həmçin sosial xidmət proqramlarının həyata keçirilməsidir.
Xatırladaq ki, I  beynəlxalq Moskva forumunun əsas mövzularından biri sosial xidmət proqramlarına həsr olunmuşu.
Təşkilatçılar əmindirlər ki, dövlət və din nümayəndələri bu sahə üzrə yeni qarşılıqlı proektlər təqdim edəcəklər. Sosial xidmət mövzusunun II  beynəlxalq forumda daha geniş müzakirə olunacağı gözlənilir. //

 

Google+ WhatsApp ok.ru