Moskvada elə qar var... 6 reys təxirə salındı, 15-i gecikir

Moskvada elə qar var... 6 reys təxirə salındı, 15-i gecikir

Moskva aeroportlarında əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq 15-dən çox reys ləngiyir.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, yerli vaxtla saat 07:50-ə "Domodedovo" hava limanında iki reys təxirə salınıb, 7-si gecikib, "Şeremetyevo"da isə 4 reys ləngiyib.
 
Bundan başqa, "Vnukovo" aeroportunda 4 reys ləğv olunub, 4-ü gecikib.
 
"Jukovski" hava limanından uçuşların cədvəlində dəyişikliklə bağlı məlumat verilmir.
 
Qeyd edək ki, qarlı hava şəraiti ilə əlaqədar səhər saatlarında Moskva yollarında tıxac 4 bala çatıb.
 

Google+ WhatsApp ok.ru