Moskvada `Fatimə (s.ə) günləri` ilə əlaqədar tədbir keçirilib - FOTO

Maide.az xəbər verir ki, dünən Rusiyanın paytaxtı Moskva şəhərində İslam Peyğəmbərinin əziz qızı Xanım Fatimeyi Zəhranın şəhadəti ilə əlaqədar tədbir keçirilib. Kərbəlayi Bəhruzun Quran tilavəti ilə başlayan məclisdə çıxış edən Hacı Fəxri Həzrəti Zəhranın (s.ə) həyatından, məzlumluğundan danışıb, bu həyatdan dərs almağı buyurub.
Məclis ehsan süfrəsi ilə başa çatıb. 
Bildirilib ki, "Fatimiyyə günləri" mart ayının 10-u, 15-i, 21-i ve 24-ündə də eyni ünvanda - Moskva şəhəri, Stavropolskaya küçəsi 25-də təşkil olunacaq.
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru