Moskvada iki təyyarə toqquşdu - FOTO

Rusiyanın paytaxtı Moskvada aviaqəza baş verib. 
 
ANS PRESS-in məlumatına görə, Moskvanın Şeremetyevo-3 aeroportunda iki Aerobus- A320 və A319 qanadları bir-birinə dəyib. 
 
Verilən ilkin məlumatlara görə, hadisə vaxtı zərər çəkən yoxdur. Kalininqraddan gələn A320 təyyarəsinin salonunda 147 insan və 6 ekipaj üzvü olub. Toqquşma zamanı təyyarə dayanacağa yan alırmış. Digər təyyarədə sərnişin olmayıb. Hər iki aerobusun qanadlarında plastik müqavimət sipərləri zərər çəkib, təyyarələr dayanacağa göndərilib. Hər iki təyyarənin planlaşdırılmış uçuşları ləğv edilib.
 
Şeremetyevo-3 "Aeroflot" aviaşirkətinin tikdiyi Şeremetyevo aeroportunun yeni terminallarından biridir. 2009-cu ildə işə salınıb./ 
 

 

Google+ WhatsApp ok.ru