Moskvada keçirilən mitinqdə 50 minə yaxın adam iştirak edib

Moskvada keçirilən mitinqdə 50 minə yaxın adam iştirak edib

Avqustun 10-da Moskvada keçirilən icazəli mitinqdə 50 minə yaxın adam iştirak edib.
 
Bu barədə aksiyanı izləyən “Ağ sayğac” xəbər verir.
 
Aksiyaçılar həmişəki kimi müstəqil namizədlərin Moskva bələdiyyə çeçkilərinə buraxılmasını tələb ediblər.
 
Mitinq iştirakçıları sonda hakimiyyətdən, ötən aksiyalar zamanı saxlananların buraxılmasını, seçkiyədək bütün müstəqil namizədlərə qarşı cinayət işlərinin ləğvini və Moskva seçki komitəsinin sədri Valentin Qorbunovun istefaya göndərilməsini tələb edən qətnamə qəbul ediblər.
 
Hüquq-mühavizə qüvvələri mitinq gözlənən ərazini mühasirəyə alıblar.
 
Aksiyaçılar “Vladimir Putin oğrudur” kimi şüarlar səsləndirirlər.
 
AzadlıqRadiosunda olan məlumata görə, əsas müxalifət tərəfdarlarından olan Lyubov Sobol yenə mitinqdən öncə polislər tərəfindən saxlanaraq aparılıb.Onu təxribatçılıqda günahlandırırlar.
 
Xüsusi təyinatlı qüvvələr onun olduğu ofisin qapısını sındıraraq içəri daxil olublar.
 
Hüquq-mühavizə qüvvələri “Navalny Live” studiyasına da soxularaq ordakı əməkdaşları və könüllüləri saxlayıblar.
 
Studiyadan “Saxarov” prospektində keçirilən mitinq canlı yayımlanmalı imiş.
 
Sobol seçkiyə buraxılmayan müstəqil namizədlərdən bidir.
 
Bundan əvvəl -iyulun 27-i və 3-də keçirilən icazəsiz mitinqlərdə ümumilikdə 2300-dən çox adam saxlanmışdı.
 
Qərb və hüquq-müdafiə təşkilatları Rusiya hakimiyyətinin bu hərəkətini kəskin tənqid ediblər.
 
Əvvəlki mitinqlərdən fərqli olaraq Rusiya hakimiyyəti avqustun 10-da keçirilən mitinqə icazə verib.
 
Həmçinin Sankt-Peterbuq və ölkənin digər şəhərlərində eyni tələblə aksiyalar keçirilir.
 
Peterburqda da saxlananlar olduğu xəbər verilir. /azadliq.org
 
 

Google+ WhatsApp ok.ru