Moskvada məsciddə gərginlik: vəhabilər məscidə toplaşan şiələrə hücum etdi (VİDEO)

Moskvada məsciddə gərginlik: vəhabilər məscidə toplaşan şiələrə hücum etdi (VİDEO)

Rusiya paytaxtının Sülh prospektində yerləşən "Cümə" məsciddə azərbaycanlılarla vəhhabilər arasında insident baş verib. Hadisə şahidlərinin APA Holdinqin əməkdaşı Fərid Əkbərova verdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib. Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidə toplaşan azərbaycanlılar bir qrup vəhhabinin təxribatına məruz qalıb.
 
Belə ki, azərbaycanlılar namaz qılarkən vəhhabi təriqətinə məxsus beş nəfər məscidə daxil olaraq "Allahu əkbər" deyə qışqırıb. Bu zaman azərbaycanlılarla onlar arasında mübahisə yaranıb. Hadisəyə dərhal məscidin ətrafında keşik çəkən polis müdaxilə edib. Həmin vəhhabilər məscidin arxa qapısından çıxarılaraq hadisə yerindən uzaqlaşdırılıb.
 
Ümumrusiya Azərbaycan Konqresinin Moskva bölməsinin icraçı direktoru Şamil Tağıyev  insident nəticəsində azərbaycanlılardan xəsarət alan olmadığını bildirib: "Azərbaycanlılar uzun illərdir ki, Sülh prospektindəki Cümə məscidinə toplaşırlar. Məscid təmir olunandan sonra azərbaycanlıların ora qrup halında buraxılışı heç bir səbəb göstərilmədən Rusiya Müftilər Şurası tərəfindən qadağan olunub. Faktiki olaraq, artıq bir ildən çoxdur ki, azərbaycanlılar Cümə məscidinə buraxılmırlar. Bu gün baş verən hadisə də məhz bununla bağlı idi. Məhərrəmlik ayının başlanması ilə əlaqədar azərbaycanlılar məscidə toplaşmışdı. Onların məsciddən uzaqlaşdırılması üçün bu təxribata yol atdılar. Nəticədə azərbaycanlıları məsciddən çıxardılar".
 
Diaspor nümayəndəsi insident zamanı Moskvadakı "Əhli-Beyt" cəmiyyətinin sədri Nizami Baloğlanovun saxlanılması məsələsinə də aydınlıq gətirilib. Onun sözlərinə görə, N. Baloğlanov hadisə yerinə gələn yüksək vəzifəli polislər tərəfindən dindirilmək üçün məsciddəki otağa aparılıb: "Bu zaman azərbaycanlılar məscidin həyətində toplaşıblar. N. Baloğlanov polislərlə söhbət etdikdən sonra məscidin həyətinə toplaşan həmyerlilərimizə dağılişmağı məsləhət görüb və bundan sonra azərbaycanlılar məscidi tərk ediblər".
 
Ş. Tağıyev  hazırda məsciddə sakitçiliyin hökm sürdüyünü qeyd edib.   
 
Rusiyanın güc strukturlarının nümayəndələri məsciddə olub. Məscidin qarşısına 4 Amon avtobusu, 10-a yaxın polis maşını cəlb olunub. Şahidlər bildirir ki, məqsəd o idi ki, heç kim məscidə buraxılmasın. Bütün bu hadisələrin baş verməsində səbəb şiələri məsciddən uzaqlaşdırmaq, İmam Hüseyn əzadarlığını saxlamaqlarına mane olmaqdır.
 
 

Google+ WhatsApp ok.ru