Moskvada İmam Hüseynin (ə) şəhadətinin 7-ci günü anılıb – Foto

Rusiya Federasiyasının paytaxtında İmam Hüseynin (ə) şəhadətinin 7-ci günü anılıb

Moskvada yaşayan azərbaycanlılar tərəfindən Məhərrəmlik ayı ilə bağlı silsilə tədbirlər keçirilir.
 
İnterAz-ın məlumatına görə, Moskvada İmam Hüseynin (ə) şəhadətinin 7-ci günü ilə bağlı mərasim təşkil olunub. Şam və Xiftən namazları qılındıqdan sonra Boradigah qəsəbəsinin imam-cüməsi, ilahiyyatçı Hacı Ağarəşid Talıbov geniş moizə ilə çıxış edib.
 
İlahiyyatçı diqqətə çatıdırb ki, İmam Hüseynin (ə) həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir.
 
Daha sonra mərasim əzadarlıqlarla davam edib. Sonda ehsan süfrəsi açılıb. /

 
 

Google+ WhatsApp ok.ru