Moskvada İmam Xomeyninin (r.ə) anım mərasimi keçirildi

Moskvada İmam Xomeyninin (r.ə) anım mərasimi keçirildi

İslam İnqilabının dahi memarı Ruhullah Musəvi Xomeyninin (r.ə) vəfatının 30-cu ildönümü münasibətilə  Rusiyanın paytaxtı Moskva şəhərində anım mərasimi keçirilib.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, İmam Xomeynin (r.ə) vəfatının anım mərasimi dünən Moskvada yaşayan şiələrin Həzrət Fatimə (s) adına hüseyniyyəsində keçirilib.
 
Azəri dilində keçirilən bu mərasimdə çıxış edənlər İmam Xomeyninin (r.ə) həyatı və şəxsiyyəti barədə danışıb.
 
Mərasimdə İran İslam Respublikasının Rusiyada yaşayan vətəndaşları və Rusiyada yaşayan Azərbaycanlılar iştirak ediblər.   
 
İslam İnqilabının dahi memarı Ruhullah Musəvi Xomeyni (r.ə) 87 yaşında vəfat edib. 30 il bundan öncə vəfat etmiş İslam dünyasında ən nüfuzlu alimlərdən olan İmam Xomeyninin dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşüb. Buna səbəb isə dəfn mərasimində fantastik sayda insanın iştirak etməsi olub.
 
Qeyd edək ki, 1989-cu il 4 iyun tarixində Ayətullah Ruhullah Musəvinin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisnin 6/1-i hesab edilən 10 milyon 200 min insan iştirak edib. Elə bu səbəbdən nüfuzlu alimin dəfni Ginnesin Rekordlar Kitabına daxil olub.
 
 
 

Google+ WhatsApp ok.ru