Moskvada müsəlmanların aksiyasına icazə verilmədi

Moskva meriyası müsəlmanların mitinq keçirməsi ilə bağlı müraciətlərinə baxıb.
 
Bu haqda Moskvanın regional təhlükəsizlik departamentinin rəhbəri Aleksey Mayorov bildirib.
 
Onun sözlərinə görə, Moskva meri müsəlmanların İslam dinin təhqir edən nəşrlərə qarşı mitinqlə bağlı müraciətlərinə baxıb.
 
"Moskva meriyasına yanvarın 25-də dini alçaldan nəşrə qarşı etiraz mitinqi keçirməklə bağlı ərizə daxil olub. Biz dini icmaların və diasporların nümayəndələrilə əlaqə saxladıq. Heç kim belə mitinq keçirməyə hazırlaşmır. Xəbərdarlığı daha əvvəl Moskvaya gələn işçilərin iştirakıyla mitinq keçirməyə hazırlaşan Abakarov və Mirzaev verib. Biz bu xəbərdarlığın verilməsini təxribat kimi qiymətləndiririk. Moskva hökuməti bu aksiyanın baş tutmasını rədd edib", - deyə Moskva meriyasının nümayəndəsi bildirib.
 
Qeyd edək ki, İslam fəalları qrupu şəhər rəhbərliyinə ərizə verərək yanvarın 25-də etiraz mitinqi keçirmək istədiyini bildirmişdi.
 
Saxarov prospektində keçiriləcək mitinqdə 100 min adamın iştirak edəcəyi gözlənilirdi./

Google+ WhatsApp ok.ru