Moskvada prezidentlik müddətinin ləğv edilmsəi qanuna qarşı mitinq keçirilib

Moskvada prezidentlik müddətinin ləğv edilmsəi qanuna qarşı mitinq keçirilib

Moskvada prezident Vladimir Putinin  səlahiyyət müddətinə qoyulan məhdudiyyətin ləğvinə qarşı etiraz aksiyası keçirilib. 
 
Maide.Az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Kremlin qarşısındakı Knyaz Vladimirin abidəsi ətrafında təşkil olunan piketdə 100 nəfər iştirak edib. 
 
Etirazçılar üzərində "Müddətin sıfırlanması - dövlət çevrilişi" və "Xalqın fikri nəzərə alınmır” sözləri yazılmış plakatlar tutmuşdular. 
 
Qeyd edək ki,  Rusiya Dövlət Dumasının deputatları Konstitusiyaya ediləcək dəyişiklikləri üçüncü oxunuşda qəbul ediblər.
 
Təklif olunan dəyişikliyə görə, düzəliş "Rusiya Federasiyasının prezidenti vəzifəsini tutan və  ya icra edən şəxsə şamil edilir" və dövlət başçısı postunu yenidən tutmağa imkan verir. 
 
Beləliklə, Rusiyanın hazırkı Prezidenti Vladimir Putin Konstitusiyaya dəyişikliklərdən sonra yenidən seçilə bilər.
 
Rusiya liderinin özü Dövlət Dumasında çıxış edərək, Konstitusiya Məhkəməsinin razılığı şərtilə prezidentlik müddətinin ləğv edilməsinə etiraz etmədiyini söyləyib.
 

Google+ WhatsApp ok.ru