Moskvada Quran Festivalı keçirilib

Moskvada Quran Festivalı keçirilib

Ötən günlər ərzində Moskva Katedral Məscidində Quran Festivalı keçirilib.
 
Maide,Az "islam.ru"a istinadla xəbər verir ki, bu il festival ailə mövzusuna həsr olunmuşdur. İlk dəfə olaraq, məscid kompleksinin ərazisində milli naxış növləri üzrə ustad dərsləri: dəri mozaika, qızıl naxış və vestibül tikmə təqdim olunub.
 
Həmçinin “Gəlinin cehizləri” sərgisi təqdim olunub ki, burada qonaqlar müxtəlif millətlərə aid cehizlərin müxtəlifliyi ilə tanış olublar.
 
Festival boyunca qonaqlar müqəddəs Quran oxumaqdan zövq ala, məşhur İslam şəxsiyyətləri ilə tanış ola və Məscid ətrafında gəzintilərə qatıla bildilər.
 
Festivalın interaktiv proqramına “Bir saat ərzində namaz” adlı seminarlar, kişi və qadınlar üçün mühazirələr, xəttatlıq üzrə ustad dərsləri və s. daxil olub.  Festivala gələn gənc qonaqlar maraqlı araşdırma və intellektual oyunlarda iştirak edə bildilər. Ən balaca qonaqlar üçün uşaq bağçası təşkil olunub.
 

Google+ WhatsApp ok.ru