Moskvada Qurani Kərimin müxtəlif dillərə tərcümələrinin sərgisi təşkil olunub

Moskvada  Qurani Kərimin müxtəlif dillərə tərcümələrinin sərgisi təşkil olunub. 
Maide.az xəbər verir ki, sərgi İslami Araşdırmalar Fondu və Camiətul –Mustafa Universitetinin birgə səyi nəticəsində baş tutub. 
Moskva  Came məscidinin İmam camaatı  Eldar Alaiddinov  deyib ki, sərginin təşkilindən məqsəd Moskvada yaşayan müxtəlif din mənsublarının İslam dini ilə tanış olmasıdır.
Bu sərgi Moskva Came məscidində təşkil olunub.  Sərgidə Rusiya müsəlmanları və məscidlərinin foto və rəsm  əsərləri də nümayiş olunur. Sərgi çərçivəsində  yeni yetmələr üçün  Quranın qiraəti və hifzi üzrə yarış keçirilir. 
Sərgidə müxtəlif dillərə tərcümə olunmuş Quran nüsxələri ilə yanaşı həmdə ən kiçik Quran nümunələri də nümayiş olunub./
 
 

Google+ WhatsApp ok.ru