Moskvada Qurban bayramı günündə küçədə qurbanlıq heyvanların satışı və kəsilməsi qadağan olunub

Moskvada Qurban bayramı günündə küçədə qurbanlıq heyvanların satışı və kəsilməsi qadağan olunub.

Maide.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Qurban bayramı Moskvada  oktyabrın 4-ü qeyd olunacaq. Səhər saat 7-də Moskvanın bütün məscidlərində Qurban bayramı ilə əlaqədar bayram namazları qılınacaq. 

Moskva meriyası elan edib ki, şəhər ərazisində qurbanlıq heyvanların kəsilməsi və satışı qadağandır.

Buna baxmayaraq, Moskvanın bölgələrində müsəlmanların qurban kəsmə ənənəsi fermalarda, Purşevo kəndində, Balaşixa, Kolomenski, Domodedovski,Odinsovski,Aksenovo,Kapustino,Ramenski və digər  rayonlarında icra olunacaq./

Google+ WhatsApp ok.ru