Moskvada `Rusiyanın fəxr etdiyi müsəlmanlar` adlı layihənin təqdimatı keçirilib

Dekabrın 18-də Moskvada "Rusiyanın fəxr etdiyi müsəlmanlar" adlı sənədli kino layihənin yeni kadrları nümayiş olunub.  
Maide.az-ın məlumatına görə, bu növbəti yeni səhnələrdə dağıstanlı şair, tarixçi və mütəfəkkir Həsən Alkadarskinin həyatından bəhs edilib.
Qeyd edək ki, layihənin rəhbəri və müəllifi DUMER-in İctimai Təşkilatlar və Miqrantlarla Əlaqələr Şöbəsinin rəhbəri Əhməd Makarovdır.  Bu günədək Rusiyanın tarixində iz qoyan müsəlmanlar haqqında layihə artıq 8 film hazırlayıb. İlk iki film "Zamanı qabaqlayan" (Haydar Musin) və "Salican Şaripovun ulduz saatı" olmuşdur.
Filmlər Beynəlxalq İslam Missiyasının sifarişi, “Artfilm” Produser Mərkəzinin dəstəyi və İslam elmi, mədəniyəti və təhsili Fondunun maliyyə yardımı ilə çəkilib. //

 

Google+ WhatsApp ok.ru