Moskvada silsiləvi partlayışlara hazırlaşan İŞİDçilər ələ keçdi

Moskvada silsiləvi partlayışlara hazırlaşan İŞİDçilər ələ keçdi

 Rusiyanın paytaxtı Moskvada ictimai nəqliyyat və ticarət mərkəzində terror aktı həyata keçirmək istəyən terrorçular saxlanılıb. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb. 
 
Məlumata görə, silsiləvi terror aktları kamikadzelərin iştirakı və bombaların partladılması ilə planlaşdırılıbmış. 
 
FTX saxlanılan şəxslərin birinin Rusiya, digər üçün isə Mərkəzi Asiya dövlətlərindən olan İŞİD terror qruplaşmasının üzvləri olduğunu açıqlayıb. Partlayışların törədilməsi barədə əmr Suriyada olan İŞİDçilər Nəzərov T.M və Şirinconov A.M tərəfindən verilib. 
 
Moskva ətrafında aparılan xüsusi əməliyyat çərçivəsində partlayıcı maddə və əldəqayırma bomba istehsal edən laboratoriya da aşkar olunub. (faktxeber)

Google+ WhatsApp ok.ru