Moskvada İslami vəhdətlə bağlı beynəlxalq forum keçirilib

Moskvada İslami vəhdətlə bağlı beynəlxalq forum keçirilib

Moskvada islami məzhəblərin yaxınlaşması, vəhdət və dialoq yollarını müzakirə edən beynəlxalq forum keçirilib.
 
Xəbər verilir ki, Rusiyanın Moskva şəhərində “Vahid islam və vahid müsəlman” mövzusunda keçirilən forumda məzhəblərin yaxınlaşması, islamda vəhdət və məzhəblərarası dialoq yolları müzakirə edilib.
 
Foruma Rusiya dövlət rəsmiləri və Muftiyyatının rəsmi nümayəndələri də qatılıblar.
 
Qeyd edək ki, Rusiya son aylarda İslam dünyasında təkfirçilik və radikallığa qarşı və vəhdət zəminində bir neçə mühüm konfranslarına ev sahibliyi edib.
 
Xüsusilədə ötən aylarda Qroznıda keçirilən “Əhli-Sünnə vəl-Cəmaət kimdir” konfransı islam dünyasında böyük əks səda salıb. Buraya vəhhabilərin dəvət edilməməsi və vəhhabilərin Əhli-Sünnədən hesab edilməməsi bu təkfirçi qrupun liderlərini hiddətləndirmişdi. (İslaminsesi) /
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru