Moskvada İslam Peyğəmbərinin (s) vəfatı və İmam Həsənin (ə) şəhadəti münasibəti ilə mərasimlər keçirilib – FOTO

Moskva şəhər Hüseyniyyəsində şənbə günü və dünən İslam Peyğəmbərinin (s) vəfatı və İmam Həsənin (ə) şəhadəti münasibəti ilə əzadarlıq mərasimi keçirilib.
Maide.az xəbər verir ki, mərasim Quran tilavəti dekabrın 20-si və 21-də yerli vaxtla saat 17:30 –da başlayıb.   Mərasim Moskvada yaşayan azərbaycanlıların geniş iştirakı ilə təşkil olunub. Məclisə Moskvada yaşayan ilahiyyatçıların çoxu qatılıb. Mərasimdə onlar tərəfindən söhbətlər və möziələr olunub, Moskva Əhli-beyt (ə) məddahları tərəfindən rövzə və mərsiyələr oxunub. /


Google+ WhatsApp ok.ru