Moskvada terrorçulara qarşı xüsusi əməliyyat: 20 nəfər həbs olundu

Rusiyanın paytaxtı Moskvada 20 nəfər terrorizm ittihamı ilə həbs olunub.
 
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həbs olunanlardan 14-ü “Hizb-ut-Təhrir-əl-İslami” qruplaşmasının üzvləridir.
 
Əməliyyat Federal Təhlükəsizlik Xidməti və Rusiya Daxili İşlər Nazirliyinin “Zubr” xüsusi təyinatlı dəstəsi tərəfindən gerçəkləşdirilib. Həbs olunanların hamısı radikal görüşlərə malikdirlər və şəhərdə “İslam dövləti xilafəti” yaratmaq ideyaları yayıblar.
 
24 ünvanda keçirilən axtarışlar zamanı 20 kompüter, 200 bröşüra və 40 mobil telefon müsadirə olunub.
 
Rusiya Ali Məhkəməsinin qərarı ilə “Hizb-ut-Təhrir-əl-İslami” qruplaşması terrorçu təşkilat kimi ölkə ərazisində qadağan olunub. /
 

Google+ WhatsApp ok.ru