Moskvada  XII `Ramazan çadırı` - FOTO

Moskvada XII `Ramazan çadırı` - FOTO

Moskavada Poklonnaya Qora-da yerləşən Memorial məscidi qarşısında müqəddəs Ramazan ayının daxil olması ilə əlaqədar hər il olduğu kimi  bu il də ənənəvi "Ramazan Çadırı"quruldu.
 
Maide.Az xəbər verir ki,  may ayının 26-dan  Moskva Müsəlmanları Dini İdarəsi Ramzan ayında hər axşam iftar vermək və müxtəlif dini proqramlar təşkil etmək məqsədilə  XII  dəfə "Ramazan çadır"ı qurub. 
 
Ramazan çadırı bütün ay ərzində fəaliyyət göstərəcək "Ramazan Çadırı"na dini mənsubiyyətindən aslı olmayaraq istənilən şəxs daxil ola bilər.
 
"Çadıra"gələn qonaqlara iftar zamanı pulsuz olaraq "Çadırda"milli yeməklər təklif olunacaq. Bununla yanaşı "Ramazan Çadırı"nda  Quran oxunuşu yarışması və hər gün müxtəlif mədəni tədbirlərin keçirilməsi planlaşdırılıb.
 
Qeyd edək ki, "Ramazan Çadırı" Moskava şəhər meriyasının dəstəyi ilə Rusiya Müftülər Şurası və Moskva Müsəlmanları Ruhani İdarəsi tərəfindən təşkil olunmuşdur. 
 
Qeyd edək ki, Moskva Müsəlmanları Dini İdarəsi Ramzana ayında hər axşam iftar vermək və müxtəlif dini proqramlar təşkil etmək məqsədilə bu il 11-ci dəfə "Ramazan çadır"ını qurur. Çadır bir dəfəyə 450 nəfəri əhatə edə bilmək qabiliyyətinə malikdir. Ümumən, çadır 700 nəfərə xidmət göstərmək iqtidarındadır. /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru