Moskva məscidinin imamı həbs edilib

Moskva məscidinin imamı həbs edilib

Moskvanın "Yardım" məscidinin axundu şeyx Mahmud Velitov öz evində həbs edilib.
 
Maide.Az Rus mediasına istinadən xəbər verir ki, axund həbs edildikdən sonra, onun imamlıq etdiyi məsciddə axtarış işləri aparılıb. Bu barədə tanınmış vəkil Daqir Xasavov öz Facebook səhifəsində məlumat verib. 
 
Vəkilin sözlərinə görə, imam sorğu-sual üçün istintaq idarəsinə gətirilib.
 
"Onun istintaqı vəkilinin iştirakı olmadan aparılır. Axtarış zamanı müstəntiqlər islam dini ədəbiyyatı kitabları götürüblər.", -deyə Xasavov bildrib.
 
Qeyd edək ki, Daqir Xasavov terrorizmə açıq çağırışlar və terror fəaliyyətinin həyata keçirilməsində ittiham olunur. /

Google+ WhatsApp ok.ru