Moskva metrosunda qəza baş verib, 50 nəfər xəsarət alıb

Moskvada metroda baş vermiş qəza nəticəsində 50 nəfər xəsarət alıb.
 
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, hazırda hadisə yerində olan insanlar ərazidən təxliyə olunur.
 
Qəzaya səbəb kimi metro qatarının 3 vaqonunun relsdən çıxması göstərilir.
 
Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəisi Viktor Biryukov bildirib ki, elektrik xətlərində gərkinlik qəflətən aşağı düşüb və nəticədə siqnalizasiya sistemi yanlış olaraq işə düşüb. Bu isə qatarın qəflətən dayanmasına səbəb olub. 

Google+ WhatsApp ok.ru