Moskva, Quran festivalına ev sahibliyi edəcək

Moskvada  martın 27-də Rusiya Müftilər Şurasının nəzarəti altında Qurani Kərim festivalı keçiriləcək. 
 
Maide.az xəbər verir ki, festival  Moskvanın “Came” məscidində təşkil olunacaq. Festivalda 10  mindən çox insanın iştirakı gözlənilir. Festivala gələn insanlar həmçinin festival çərçivəsində təşkil olunacaq  İslami kitablar və ərəb xətt nümunələri sərgisinə baxış keçirə bilərlər. 
 
Festival çərçivəsində həmçinin 14 yaşdan az uşaqlar üçün Quranın  qiraəti yarışması keçiriləcək. 
 
Festival çərçivəsində həçinin  Namaz mövzusunda seminarlar təşkil olunacaq. Ərəb dilində şer yarışması keçiriləcək və qaliblər mükafatlandırılacaq. /
 
 

Google+ WhatsApp ok.ru