Moskva Rusiya sərhədləri yaxınlığında NATO uçuşlarının artmasını tənqid etdi

Rusiya rəsmisi bu ölkə sərhədləri yaxınlığında Şimali Atlantik Alyansı NATO-nun qırıcı təyyarələrinin uçuşlarının artması barədə xəbərdarlıq edib.
 
Maide.az-ın məlumatına görə, Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko çərşənbə günü "Rossiya 24" telekanalı ilə müsahibədə bildirib ki, NATO qırıcı təyyarələrinin Rusiya sərhədləri yaxınlığında uçuşlarının sayı diqqəti cəlb edəcək dərəcədə artıb. 
 
Qruşko əlavə edib: "NATO üzvləri bu alyansın qırıcı təyyarələrinin təqib olunmaması və ehtiyac duyulduğu halda onların yollarının bağlanmasından təəccüblənməmələri üçün bu qırıcı təyyarələrin Rusiya sərhədləri yaxınlığında hansı məqsədlərlə uçuşlar keçirdikləri bəlli olmalıdır." 
 
Rusiya hərbi rəsmiləri ötən şənbə günü bildiriblər ki, Amerikanın bir casusluq təyyarəsi Rusiya sərhədləri yaxınlığında müəyyənləşdirilərək saxlanılıb. 
 
Həmçinin rəsmilər qeyd edirlər ki, NATO Avropada öz sərhədlərini genişləndirib və Ukraynanı ələ almaqla Rusiyanın ərazi bütövlüyünü təhlükə ilə üzləşdirib.

Google+ WhatsApp ok.ru