Moskva Suriyada rusiyalı generalın ölümündə ABŞ-ı ittiham edib

Moskva Suriyada rusiyalı generalın ölümündə ABŞ-ı ittiham edib

Suriyada terrorçular tərəfindən  minaatanlardan açılan atəş nəticəsində həlak olan  rusiyalı general  Valeriy Asapovun öülümü ABŞ-ın bu ölkədə apardığı ikiüzlü siyasətin nəticəsidir. FaktXeber.com-un məlumatına görə, bu barədə RF XİN rəhbərinin müavini Serqey Ryabkov bəyan edib.
 
Ryabkovun sözlərinə görə, ABŞ-ın Deyr-əz-Zorda fəaliyyəti göstərir ki, bir sıra hallarda  Vaşinqton üçün  geosiyasi maraqlar elan olunan terrorla mübarizədən daha vacibdir.
 
 Bununla belə nazir bəyan edib ki, RF hərbçiləri və ABŞ  Deyr əz-Zorda vəziyyətlə bağlı intensiv əlaqədədirlər.
 
«Hərbi xətdə əlaqələr intensiv və müxtəlif səviyyəlidir», - deyə o, bəyan edib.
 
Xatırladaq ki, general-leytenant Valeri Asapov İŞİD terror təşkilatının minaatanlardan açdığı atəş nəticəsində öldürülüb. Bildirilir ki, rusiyalı hərbi müşavirlərin rəhbəri general-leytenant Asapov Suriya ordusunun idarə məntəqəsində olub. O, Deyr əz-Zorun azad edilməsi əməliyyatının idarəsində suriyalı komandirlərə yardım edirmiş. Asapov mina partlamasından ölümcül yaralanıb.
 
V.Asapov komandanlıq tərəfindən ölümündən sonra ali dövlət mükafatına təqdim olunub.
 

Google+ WhatsApp ok.ru