Moskva tarixinin ən qaranlıq ayı yaşandı

Moskva tarixinin ən qaranlıq ayı yaşandı

-- Günəş cəmi 6-7 dəqiqə görünüb

2017-ci ilin dekabr ayı Moskva tarixində ən qaranlıq ay olub.
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Meterologiya Mərkəzi dekabrda Günəşin cəmi 6-7 dəqiqə göründüyünü açıqlayıb.
 
Məlumata görə, ötən ay şəhərdə əsasən buludlu hava hakim olub. Moskva sakinləri bu xəbəri eşidəndə "Niyə depressiyada olduğumuzu indi anladıq" deyə bildiriblər.
 
Qeyd edək ki, bundan öncə Moskvada ən qaranlıq ay 2000-ci ilin dekabrında yaşanmışdı. Həmin vaxt Günəş ay ərzində 3 saat görünmüşdü.

Google+ WhatsApp ok.ru