Moskva Yəməndəki hərbi əməliyyatları sonlandırmağa çağırıb

Moskva Yəməndəki hərbi əməliyyatları sonlandırmağa çağırıb

-- müzakirələri yenidən başlamaq lazımdır. Başqa yol yoxdur

Rusiya xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqə həsr edilən Voloday Forumunda Yəmənlə bağlı çıxış edib. 

 "Rusiya Yəməndəki müharibənin dayandırılmasını və tərəfləri tez bir zamanda bu ölkədəki hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına oturmağa səsləyir.

Dərhal qarşıdurmaları dayandırıb, müzakirələri yenidən başlamaq lazımdır. Başqa yol yoxdur" , - deyə Sergey Lavrov söyləyib.   

“Hər hansı dirgər münaqişədə olduğu kimi, Yəməndə də bütün tərəflərlə istisnasız işləyirik və bundan sonra da davam edəcəyik”, - deyə Lavrov əlavə edib. 

Google+ WhatsApp ok.ru