Moskva yaxınlığındakı yanğında bir nəfər ölüb, 13 nəfər yaralanıb

Moskva yaxınlığındakı yanğında bir nəfər ölüb, 13 nəfər yaralanıb

Rusiya paytaxtı yaxınlığındakı Mıtişi şəhərində elektrik stansiyasından böyük yanğın başlayıb, azı səkkiz nəfərin xəsarət aldığı bildirilir.
 
Rusiya xəbər agentlikləri şahidlərə və fövqəladə xidmət rəsmilərinə istinadla alovun 50 metr yüksəkliyə qalxdığını yazırlar.
 
Fövqəladə Hallar Nazirliyinin Moskva şöbəsindən Interfax-a deyiblər ki, yanğın stansiyadakı yüksək təzyiqli qaz nasosundan başlayıb və yanğının ətraf binalara yayılmaq təhlükəsi var.
 
Yanğında bir nəfər ölüb, 13 nəfər yaralanıb.
 
Fövqəladə Hallar Nazirinin müavini Ilya Denisov jurnalistlərə yanğının söndürüldüyünü demişdi, ancaq məlumatlara görə, yanğınsöndürənlər hələ yanğının başladığı yerə yaxın binalarda alovu söndürməyə çalışır.
 
TETs-27 elektrik stansiyası 1992-ci ildən fəaliyyət göstərir. Stansiyanın ümumi gücü 1068 meqavatdır və stansiyada əsas yanacaq kimi təbii qazdan istifadə olunur.
 
Mıtişi Moskvanın mərkəzindən 20 kilometr şimal-şərqdə yerləşir.
 

Google+ WhatsApp ok.ru