Mossad kəşfiyyat xidmətinin rəhbəri Ərəbistana səfər edib

İsraildə nəşr olunan "Israel El-yom" qəzeti Ərəbistan rəhbərliyinin Təl-Əvivə neft satışını müsbət qarşıladığını və buna hazır olduğunu yazıb.
 
Maide.az xəbər verir ki, qəzetin yazdığına görə, rejimin kəşfiyyat xidmətinin sədri Tamar Bardozar ötən ilin dekabr ayında Ər-Riyada səfər etdiyini və Ərəbistanlı həmkarı ilə görüşdüyünü bildirib.
 
Xəbərdə illərlə gizli şəkildə davam etdirilən Ərəbistan-İsrail münasibətlərinin artıq aşkar hala gəldiyini və qısa müddətdə Ər-Riyad ilə Təl-Əviv arasında neft əməkdaşlığının başlaması mümkün olduğu vurğulanıb.

Google+ WhatsApp ok.ru