Mossad rəhbərinin Səudiyyə Ərəbistanına gizli səfəri üzə çıxıb

Mossad rəhbərinin Səudiyyə Ərəbistanına gizli səfəri üzə çıxıb

İsrailin xarici kəşfiyyat orqanı olan Mossadın keçmiş rəhbəri Tamir Pardo vəzifədə olduğu 2014-ci ildə gizlicə Səudiyyə Ərəbistanına səfər edib. Bu barədə "Kanal 13" televiziyası məlumat yayıb.
 
Məlumata görə, 2011-2016-cı illərdə Mossada rəhbərlik etmiş Tamir Pardo Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda olarkən Səudiyyə rəhbərliyi ilə İranın bölgədə nüfuzunu aşağı salmaq və İslam Respublikasına qarşı mümkün həmlələri müzakirə edib.
 
Bundan əlavə İsrailin baş naziri Binyamin Netanyahu da 2014-ci ilin sentyabr ayında Səudiyyə Ərəbistanının o vaxt Milli Təhlükəsizlik Şurasının sədri olan şahzadə Bəndər bin Sultanla adı açıqlanmayan ölkədə görüş keçirib.
 
İsrail və Səudiyyə Ərəbistanı rəsmiləri bəhs edilən səfərlərə münasibət bildirməyiblər. /FaktXəbər/ 
 

Google+ WhatsApp ok.ru