Mosul əməliyyatlarında indiyədək 2000-dən çox İŞİD terrorçusu öldürülüb

Mosul əməliyyatlarında indiyədək 2000-dən çox İŞİD terrorçusu öldürülüb

İraq ordusu komandirlərindən Nəcm Əl-Cəburi Mosul əməliyyatlarının başlamasından bu günə kimi 2000 İŞİD terrorçunun öldürüldüyünü deyib.
 
Maide.Az xəbər verir ki, İraqın ikinci böyük şəhəri olan Mosuldakı xilasetmə əməliyyatları 16 noyabrda başlayıb
 
Nəcm Əl-Cəburi bildirib ki, əməliyyatların başlamasından indiyə kimi 2000-dən çox İŞİD terrorçusu öldürülüb. İŞİD-in Mosuldakı komandirlərindən biri olan İshaq İbn Salih Əbu Bəkr bölgədən maşınla qaçarkən Əl-Alil bölgəsində İraq federal polisi tərəfindən qətlə yetirilib. Hazırda şəhərdə çox az sayda terrorçu qalıb və bu terrorçular hara gedəcəklərini bilmirlər və yalnız bir bölgədən digər bölgəyə qaçırlar. (tasnim) /
 

Google+ WhatsApp ok.ru