Mosul əməliyyatlarının ikinci mərhələsi başladı

Mosul əməliyyatlarının ikinci mərhələsi başladı

İraq Silahlı Qüvvələri  Mosul şəhərində İŞİD mövqelərinə hücumun 2-ci mərhələsinə başlayıb.
 

Hücum şəhərin cənub-şərq hissəsində həyata keçirilir. “Hazırda hərbçilərimiz hücumdadır. İlk dəqiqələrdə onlar 500 metr irəliləyə bilib”, - deyə İraq Daxili İşlər Nazirliyindən bildirilib.

 

İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri İraq ordusunun Mosul şəhərinin 56 rayonundan 40-nı azad etdiyini deyib. O, dinc sakinlərə zərər verməmək üçün ehtiyatla hərəkət etdiklərini söyləyib.

 

Xatırladaq ki, oktyabrın 17-də iki il idi İŞİD-in nəzarətində olan İraqın ən böyük ikinci şəhəri Mosulun azadlığı uğrunda yerüstü əməliyyata başlanılıb. Tədbirdə hökumət qüvvələri, şiə könüllüləri və kürdlərin "peşmərgə" qruplaşması iştirak edirö İraq HHQ və ABŞ başda olmaqla beynəlxlq koalisiya qüvvələri dəstək verir. (apa) 
 

Google+ WhatsApp ok.ru