Mosulda 900-dən çox İŞİD terrorçusu məhv edilib

Mosulda 900-dən çox İŞİD terrorçusu məhv edilib

Iraqın Müdafiə Nazirliyi Neynava əyalətində əməliyyatların başlandığı gündən indiyədək İŞİD terrorçularının itgiləri haqda son statistikanı açıqlayıb. 
 
Maide.Az Əl-Əhd xəbər saytına istinadən xəbər verir ki, İraq Müdafiə Nazirliyi bəyanat yayaraq elan edib ki, Mosulda əməliyyatlar başlandığın gündən indiyədək ən az 910 İŞİD terrorçusu məhv edilib. 
 
Bəyanatda bildirilir ki, ölkə qırıcıları indiyədək İŞİD-ə məxsus 115  avtomobil, 170 əməliyyat mərkəzi, 18 tank əleyhinə topu məhv ediblər.  
 
Peşmərgə qüvvələrinin komandanlığı da bəyanat yayaraq bildirib ki, Mosul əməliyyatı başlandığı gündən indiyədək 36 kəndi İŞİD terrorçularının işğalından azad ediblər.  
 
İraq Federal Polis komandiri Şakir Covdət də bəyanat yayaraq bildirib ki, indiyədək  61 kənd işğaldan azad olub. Neynava əyalətində ümumilikdə 1400 kvadrat kilometr ərazi İŞİD ünsürlərindən təmizlənib.  
 
İraq xalq könüllüləri Həşd Əş-Şabi hərəkatı rəsmiləri bildiriblər ki, Mosulun qərbində iki gün öncə başladıqları əməliyyatlar zamanı indiyədək 280 kvadrat kilometr ərazini İŞİD terrorçularının cəngindən azad ediblər. 
 

Google+ WhatsApp ok.ru